Ana Səhfə

Ər və arvada hökm oxundu

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhd etməkdə təqsirləndirilən ər-arvad – Qadir Tağıyev və Sevgül Əmirxanovaya hökm oxunub.

XəbərAl.az-ın  verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı azadlıqda qalan S.Əmirxanovaya şərti cəza verilib və o, sərbəst qalıb.

İttihama görə, Q.Tağıyev və həyat yoldaşı S.Əmirxanova Bakıda kirayədə yaşadığı evin sahibi Nailə Məmmədovaya məxsus mebeli satmaq istəyiblər. Müştəriyə isə mənzilin və mebelin özlərinin olduğunu deyiblər. Mebelləri mənzildən çıxaranda qonşular görərək ev sahibinə məlumat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir