Ana Səhfə

İyunda ölkə ərazisində 99 ədəd partlamamış hərbi sursat tapılıb

Sharing is caring!

2019-cu ilin İyun ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 101 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 534,971,929 m² (53,497.19 ha) ərazi təmizlənmiş, 803,698 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyun ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) – 2 (iki) müraciət daxil olub (cəmi: 10 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmiş, nəticədə Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 3,520 kv.m ərazi yoxlanılmış, 32 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 34 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir