Ana Səhfə

DÖVLƏTÇİLİK TARİXİMİZDƏ QALİB LİDER

Sharing is caring!

Heydər Əliyevin siyasi hakimiyyəi ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.
Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Heydər Əliyev ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz.
Heydər Əliyev həyatdan gedəndən sonra xalqımız özünün görkəmli oğlunun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi. Prezidentimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq, böyük əzmlə həyata keçirdiyi quruculuq proqramının gerçəkləşməsi yolunda ciddi tədbirlər görür.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. Bütün bunlar Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə, gərgin mübarizə bahasına əldə edilmiş nailiyyətlərdir və belə hesab edirik ki, bu nailiyyətlər davam etdiriləcək, müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır. Müntəzəm olaraq əldə olunan gəlirlər bundan sonra da regionların inkişaf etdirilməsinə yönəldiləcəkdir, ölkədə insanların maddi təminatı misli görünməmiş dərəcədə yaxşılaşacaq, əhalinin maliyyə mənbələri, məşğulluq səviyyəsi artacaq, ulu öndərin işıqlı arzuları yerinə yetəcəkdir.
Həsən Həsənli, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir