Ana Səhfə

Rusiyada jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Sharing is caring!

Rusiyada saxlanılmış jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb.

Bu barədə APA-nın Moskva müxbirinə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də aparılan axtarışdan sonra Fuad Abbasovun ailəsi ciddi narahatlıq keçirib:

“Çox güman ki, hansısa işlə əlaqədar bu axtarış aparılıb. Axtarışın hansı səbəbdən aparıldığını aydınlaşdıracağıq”.

Qeyd edək ki, dünən axşam saatlarında evlərində axtarış aparılması və bütün elektron avadanlıqların götürülməsi barədə məlumat F.Abbasovun “Facebook” səhifəsində də qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir