Ana Səhfə

Mədət Quliyev oğlunun klip təqdimatında – Fotolar+Video

Sharing is caring!

Bu gün müğənni Nigar Camalın “Get həyatımdan” adlı klipinin təqdimatı olub.

XəbərAl.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Orxan Abrahanovun rejissorluq etdiyi ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli də rol alıb. Elə layihənin təqdimatında Mədət Quliyev də iştirak edib.

Murad Qulubəyli klipin təqdimatından əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb, atasının onu daim dəstəklədiyini bildirib.

 

 

 

Nigar isə layihənin 1 gün ərzində çəkildiyini, özü şəxsən klipdə rol almaq üçün Murada təklif etdiyini qeyd edib.

Daha sonra Mədət Quliyev çıxış edib. O, hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən gənclərə baxanda fəxr edirəm. Tam olaraq müstəqil fikri olan gənclərsiz. Sizin hamınızı təbrik edirəm”.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir