Ana Səhfə

Əli Kərimli, erməni lobbisi, Qərb Soros Fondu ilə zaman-zaman əməkdaşlığı…ŞOK FAKTLAR

Sharing is caring!

Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında razılaşmadan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazilərin qaytarılacağına dair fikirlər səsləndirilir. Geosiyasi və regional vəziyyət bu fikirləri gücləndirir: Ermənistanın yeni hakimiyyəti iqtisadi blokadadan çıxmaq üçün əraziləri qaytarır, bu həm də Nilcol Paşinyana onu hakimiyyətə gətirən Qərb qüvvələrinin qarşısında götürdüyü “Rusiyadan imtina” öhdəliyini yerinə yetirməyə imkan verə bilər. Prosesi ABŞ aparır, Vaşinqtonun marağı İrana qarşı gələcək hücumda regiondan platforma olaraq istifadə etməkdir. Eyni zamanda, münaqişənin həlli Azərbaycanın da Rusiyadan asılılığını minimuma endirəcək. ABŞ-ın planına görə, Gürcüstan və Ermənistandan sonra Azərbaycanın da Qərb platformasına keçməsi və Rusiyanın cənub sərhədində yeni cəbhənin açılmasıdır. Xüsusilə Şimali Qafqaza müdaxilə və gələcəkdə Rusiyanın parçalanmasının buradan başlanması üçün Cənubi Qafqaz Vaşinqtona lazımdır. Hələki prosesi bu yöndə davam edir, lakin Nikol Paşinyanm ərazilərin qaytarılması hesabına həll vaı;iantı ilə razılaşacağı, yaxud belə bir razılaşmanı sona qədər həyata keçirəcəyi şübhəli görünür. Nikol Paşinyanı hakimiyyətə erməni diasporu gətirdi, daha dəqiq desək, ABŞ bu missiyanı erməni diasporu/lobbisinin üzərinə qoymuşdu.

 

Xəbəral.az bildirir ki,  İllərdir “böyük Ermənistan” planları quran və bu yöndə işğal siyasətini açıq şəkildə dəstəkləyən erməni diasporunun hakimiyyətə gətirdiyi Paşinyana əraziləri qaytarmağa icazə verəcəyi inandırıcı deyil. Xüsusilə SSRİ-nin dağılmasından sonra Ermənistan dövlətinin məhz Qarabağ ideologiyası üzərində qurulduğunu nəzərə alsaq, bu versiya ön plana çıxır. Burada erməni diasporu/lobbisinin bir neçə planı ola bilər:

1. Paşinyan ordunu müharibə aparacaq səviyyəyə çatdırana qədər danışıqlar masasında müzakirə aparacaq və müxtəlif bəhanələrlə real addımlardan çəkinəcək. Sonda müharibəyə başlaya bilər. Müharibəni iki formadja jbaştäya bilər: danışıqlar masasında Azərbaycanın qarşısına qəbuledilməz şərtlər irəli sürə və Bakıya., müharibədən başqa çıxış yolu qoymaya bilər; Azərbaycanın mülki əhalisinə”Hücumlar edə və Bakını müharibəyə təhrik edə bilər. Bütün hallarda Paşinyan birinci güllə atanın Ermənistan olmasından qaçacaq. Azərbaycanı müharibəni başladan tərəf kimi göstərərək, beynəlxalq səviyyədə erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı təzyiqlər ediləcək. Bu planda ABŞ-ın rolu da maraqlıdır. Vaşinqton üçün Qarabağın Azərbaycanda, yaxud Ermənistanda olmasının elə bir fərqi yoxdıır. ABŞ geosiyasi planlarını həyata keçirmək üçün münaqişənin həllini istəyir. Paşinyanın Qarabağda başlayacağı müharibə ABŞ-ın nöqteyi-nəzərindən də sərfəli ola bilər. Çünki bu, amerikalılar üçün həm də İranın sərhədində müharibənin başlanması deməkdir. ABŞ bölgədə baş verə biləcək müharibəni genişləndirə və bundan İranla Rusiyaya qarşı istifadə edə bilər. Bu kontekstdə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun Dağlıq Qarabağda Rusiyanın da cəlb olunacağı irimiqyaslı müharibə haqqında xəbərdarlığı diqqət çəkir. Belə təəssürat yaranır ki, ABŞ geosiyasi planlarını həyata keçirmək üçün Cənubi Qafqazı erməni diasporu/lobbisinə həvalə edib. Məqsəd Qarabağ münaqişənin hansı yolla olursa-olsun həlli və Azərbaycanın Qafqaz platformasında yer almasıdır. Bu versiya son vaxtlar Ermənistanla Gürcüstan arasında müşahidə olunan yaxınlaşma fonunda da önə çıxır. Ümumi planda ABŞ Gürcüstan və Ermənistanın yaxınlaşmasını istəyir, lakin bu yaxınlaşmanın məhz Azərbaycanın maraqları üzərində baş verməsi prosesin erməni lobbisi tərəfindən həyata keçirildiyi ehtimalını gücləndirir. Nikol Paşinyanın baş nazir təyin olunan kimi dərhal Gürcüstana gəlməsi və gürcü həmkarı ilə məhz azərbaycanlıların yaşadığı Bolnisidə görüşməsi, ardınca 20 yanvar tarixində Xocalı soyqırımında iştirak edən erməni terrorçu Mixail Avaqyana. abidənin qoyulması, 28 yanvar tarixində isə Gürcüstandakı Ermənistan səfirliyinin erməni hərbi birləşmələrinin yaradılmasının 27-ci ildönümü münasibətilə təşkil etdiyi rəsmi qəbulun erməni səfirliyinin binasında, yaxud hər-hansı oteldə deyil, Gürcüstan parlamentinin paytaxt Tbilisidə yeganə rəsmi strukturu olan parlament kitabxanasının binasında keçirilməsi və qəbula Gürcüstanın hərbi rəhbərliyinin tam heyətdə qatılması. Bunlar diqqətdən qaçmayan nüanslardır.

2. Əraziləri qaytarmaq istəməyən,-lakin ABŞ-ın istəyinə əsasən Ermənistanın blokadadan çıxması planını həyata keçirməli olan erməni diasporu lobbisinin digər planı isə Azərbaycanda hakimiyyət dəyişikliyi ola bilər. Bu nə qədər qeyri-real görünsə də, gözardı edilməməlidir. Danışıqlar masasında Ermənistanı ABŞ (erməni lobbisi) hakimiyyətə gətirdiyi Nikol Paşinyan, Azərbaycanı isə ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyən indiki rəhbərliyi yox, yenə Qərbin gətirdiyi Paşinyan kimi bir şəxs (yəni Qərb dairələrinin istəyinə uyğun hərəkət edən, yaxud hakimiyyətə gəlmək üçün belə bir öhdəlik götürən) təmsil edərsə, nə baş verər? Bu, diasporu/lobbisinin istəyinə uyğun həllinə ( ətraf rayonlar qaytarılsa belə Qarabağ ya müstəqil olur, ya ya Ermənistana birləşdirilir ) imkan verə, həm də Azərbaycanın ABŞ-ın geosiyasi planlarında yer almasına şərait yarada bilər.

Diqqətinizi bir məsləyə yenidən çəkmək istəyirik: bu prosesdə ABŞ öz planlarını həyata keçirən tərəfdir və onun üçün münaqişənin Azərbaycanın , yaxud Ermənistanın xeyrinəhəllinin heçbir önəmi görünmür. Erməni diasporu/lobbisi isə ABŞ-ın Qafqaz layihəsini həyata keçirən “podratçı şirkət” funksiyasını yerinə yetirir və onlar bu prosesi həm ABŞ-ın istəyinə, həm də Ermənistanın xeyrinə həll etməyi planlaşdırırlar.

Görünən budur.

XəbərAl.az-ın məlumatına görə Bütün bu konteksdə diqqəti Azərbaycanın daxilinə yönəltmək lazımdır. Erməni diasporu/lobbisi Azərbaycanda dövlət çevrilişini kimlərin əli ilə edə bilər? Kimlər bu prosesdə bilərəkdən, yaxud bilməyərəkdən iştirak edə bilər? İlk nəzərlər Milli Şura və AXCP sədri Əli Kərimlinin üzərinə yönəlir. Əli Kərimli Qərbdə erməni lobbisinə bağlı dairələr və Soros fondu ilə zaman-zaman əməkdaşlıq edib. ( bunu bilərəkdən yaxud bilməyərəkdən etdiyi məlum deyil , ola bilsinki, erməni diasporu/lobbisi qaranlıq tərəfdə qalaraq prosesi idarə edirlər)

2016ci ilin 15 sentyabr tarixində ABŞ konkresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli ilə Qarabağda separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın birgə iştirakı bu şübhələri artırır. Mehman Hüseynov məsələsinin şişirdilərək Avropa Parlamentində Azərbaycana qarşı qətnamə qəbuluna qədər qaldırılması və bu məsələdən istifadə edərək Milli Şuranın daxildə mitinq təşkil etməsi, “Youtube”də Milli Şura funksionerlərinin “mitinqlərimiz başa çatmadı, daha böyük aksiyalar keçirəcəyik” çağırışlar verməsi bu konteksdə təsadüfi görünmür.

Erməni diasporu/lobbisi Qarabağda müharibəyə paralel olaraq Azərbaycan qarışıqlıq yarada və istəyinə bu yolla çata bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir