Ana Səhfə

Dəhşətli qəzada deputatın arvadı və övladları öldü – Yeniləndi

Sharing is caring!

Efiopiyadan Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə aid Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

XəbərAl.az xəbər verir ki, təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.

***

Efiopiya Nazirlər Kabineti sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

“Təyyarədə 157 sərnişin olub. Baş nazirin ofisi hökumət və xalqın adından təyyarədə yaxınlarını itirən ailələrə başsağlığı verir”, – baş nazir Abiy Əhməd Əli Tvitter səhifəsində yazıb.

***

Efiopiyanın Dövlət Televiziyası qəzaya uğrayan təyyarədə sərnişin və heyət üzvlərinin hamısının həlak olduğunu bildirib.

***

Efiopiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 3-ü Rusiya vətəndaşıdır.

Bu barədə RİA Novosti məlumat yayıb.

***

Qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.

Bu barədə deputatın özü Feysbuk səhifəsində məlumat paylaşıb.

Ümumilikdə isə 35 ölkə vətəndaşının dəhşətli olayda dünyasını dəyişdiyi deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir