Ana Səhfə

“900 minə yaxın insan bundan yararlanacaq” Rəşad Orucov

Sharing is caring!

“Problemli kreditlərin restrukturizasiya  ilə bağlı müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla bağlı kreditlərə də aiddir”.

XəbərAl.az xəbər verir ki, bunu Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov REAL TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, məbləği 17 min manata qədər olan  kreditlər eyni şərtlərlə restrukturizasiya olunacaq: “ Əgər kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı bir ildən çox yəni, 360 gündən keçibsə o zaman banklar da  bu qrup əhalinin borclarını restrukturuzasiya edəcək. Yəni manatla krediti olan əhali də bu fərmanla problemli hissəsi, xüsusilə ən çox sayda problemlərlə üzləşmiş insanlar  bu fərmanın verdiyi üstünlüklərdən yararlanacaqlar”.

R. Orucov bu fərmandan faydalanacaq insanların sayını da açıqlayıb. O qeyd edib ki, fərmanın birinci hissəsindən 450 minə yaxın borcalan faydalanacaq: “Fərmanın ikinci hissəsi yəni vaxtı keçmiş kreditlərlə bağlı ilkin qiymətləndirmələrdə 400 min borcalan olduğu  göstərilir. Bütövlükdə 850-900 minə yaxın insan bu fərmandan yararlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir