Ana Səhfə Siyasət

Azərbaycan Və Ukrayna Prezidentləri Arasında Telefon Danışığı Olub

Sharing is caring!

Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar.

Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər.

Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir