Ana Səhfə

Sahil Babayev Prezidentə necə yalan danışır — Naziri tənqid edən jurnalistlər belə “zərərsizləşdirildi”

Sharing is caring!

Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ortaya çıxan ciddi nöqsanlar və korrupsiya faktları əsl jurnalist peşəsi ilə məşğul olan həmkarlarımızın diqqətindən yayınmır. Bir çox jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı onlara edilən müraciətləri mediada işıqlandırmaqla, problemin tezliklə həll edilməsinə dəstək vermiş olur. Bununla onlar həm də Nazirliyin işinə kömək etmiş olurlar.

Təbii ki, Nazirliyin fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı ayrı-ayrı insanlar tərəfindən edilən şikayətləri XəbərAl.az saytı olaraq biz də zaman-zaman işıqlandırırıq.

XəbərAl.az Demokrat.az-a istinadən xəbər verir ki, Belə müraciətlərdə insanlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərə təhkim etdiyi dəllalların “sağlam inək” adı ilə onlara necə “ölücan” heyvanları sırımasından, əvəzində isə külli miqdarda pulları mənimsəməsindən şikayətlənirlər. 

 

Təəccüb doğuran məqam odur ki, nazirlik bu kimi məsələləri araşdırıb tədbir görmək əvəzinə, nədənsə tənqidi medianın qarşısına sədd çəkmək yolunu tutub. Beləliklə, nazirliyin fəaliyyətini haqlı tənqid edən jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qəzəbinə” bu cür tuş gəlirlər.

Təsədüfi deyil ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov onun və nazirliyin işini tənqid edən bütün jurnalistləri sosial şəbəkələrdə özünün “qara siyahı”sına atır. Hətta, tənqidi medianı nazir Sahil Babayevin bu gün keçirdiyi mətbuat konfransına belə çağırmayıb.

 

 

Belə olan halda aydındır ki, cənab Sahil Babayev keçirdiyi mətbuat konfransında yalnız tərifli suallara cavab verməklə, gözdən pərdə asmağa çalışır. Nəticədə əhalini narahat edən problemlər yenə də həllolunmamış qalır və beləliklə, nazir sahil Babayev ölkə Prezidentinə yalan danışmış olur.

Təsəvvür edin ki, Prezident İlham Əliyev mətbuatın bütün tənqidlərinə, hətta, qərəzli suallara belə dözümlülük nümayiş etdirir, ancaq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev başına ancaq tərif mediası toplamaqla sələfinin yolu ilə gedir. Axı nəyə görə? Ona görə ki, həmin mətbuat konfransında insanlara “ölücan” inəklərin dəyərindən 10-20 dəfə baha qiymətə hansı şirkət tərəfindən satılması və sairə suallar veriləcəkdi?

 

 

 

 

Bu günlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə vasitəsilə canlı yayım etdi və insanlar tərəfindən böyük dəstəklə qarşılandı. Həmin canlı yayımda Vüsal Hüseynova da tənqidi suallar verilirdi və o, çox normal şəkildə həmin sualları cavablandırırdı. Və bu addım insanlar tərəfindən təqdir olundu. Məgər belə addımları cənab Sahil Babayev siz və digər məmurlar da ata bilməzmi? Xalqa yaxın olmaq üçün bunu etmək lazımdır. Bunu biz jurnalistlər demirik, cənab Prezident İlham Əliyev deyir.

 

Dövlət başçısı hər dəfə çıxışlarında məmurları şəffaf olmağa və xalqın xidmətində dayanmağa çağırır. Bəs siz nə gözləyirsiz?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir