Ana Səhfə

“Söyməzdi, vurmazdım” ….Müdirini öldürən 23 yaşlı gənc–BAKIDA

Sharing is caring!

Məhkəmədə tərəflər arasında qalmaqal düşdü

 

XəbərAl.az  xəbər verir ki, İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən 23 yaşlı İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə Bakı şəhəri, NZS qəsəbəsində “Batabat” kafesində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb. İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.
İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, İ.Cəfərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mərhumun atası isə İCəfərova daha ağır cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında bildirib ki, İ.Cəfərovun niyyəti adam öldürmək olmayıb və hadisə mərhum Elmar Qasımovun işçisi İsmayıla qarşı kobud rəftarının nəticəsində baş verib.
Vəkil məhkəmədən İ.Cəfərovun əməlinin Cinayət Məcəlləsinkn 120.1-ci (qəsdən adam ölürmə) maddəsindən 126.3.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümlə nəticələndikdə) maddəsinə tövsif edilməsini istəyib. O həmçinin hökm çıxarılarkən İsmayıl Cəfərovun əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınmasını xahiş edib
İ.Cəfərov da son sözündə mərhumu öldürmək niyyətinin olmadığını deyib.
Bu zaman təqsirləndirilənin qohumları ilə və zərərçəkmiş tərəfin ailə üzvləri arasında mübahisə yaranıb.
Mərhumun atası təqsirləndirilən şəxsin dəmir barmaqlıqlar arxasında əllərinin qandalsız olmasına etirazını bildirib. Onun bu etirazı təqsirləndirilənin qohumları tərəfindən narazılıqla qarşılanıb. Tərəflər arasında mübahisə böyüyüb. İsmayıl qətlə yetirdiyi şəxsin atasına “oğlun da sənin kimi danışırdı” deyib, ardınca isə üzünü anasına tutaraq “ay ana, narahat olma. Günah öləndə olur. Söyüş söyməzdi, vurmazdım” deyib.
Mərhumun atası isə “söymüşdü, sən də onu söyərdin. Amma narahat olma, sən hələ içəridə çox söyüləcəksən” deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İ.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib. (bizimyol)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir