Ana Səhfə

Samuxda bu şəxslərə xəbərdarlıq edildi – FOTO

Sharing is caring!

Samux polisi gücləndirilmiş iş rejimində çalışır.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Bundan başqa, RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, mümkün qədər evdə qalmağı tövsiyə edib.

Yaşı 65-dən yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşayiət edərək, bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir