Ana Səhfə

Muxalifət yoxsa gedəlik?-Trollar, anti Azərbaycançılıq və bir ananın sosial şəbəkələrdə söyüşlərə qərqi

Sharing is caring!

Son vaxtlar da müxalifət adı altında xaricdə oturub müəyyən dairələrdən, ermənipərəstlərdən maliyyyə dəstəyi alıb antiazərbaycançılıq edən ünsürlər sosial şəbəkələrdə quruplar, səhifələr yaradaraq, saxta profillərlə dövlətini, millətini sevən insanlara nalayiq sözlər yazıb onları təhqir edirlər

Misal üçün,  Avropada oturub erməni “dayılarından”  yüksək qrantlar alıb, ölkəmizin sabitliyindən, sakitliyindən, firavanlığından razı olan bu günki, hakimiyyətdən razı olan əsil Azərbaycanlıları tərbiyəsizcəsinə saf əqidələrindən döndərməyə çalışırlar.

 

Çox acınacaqlıdır,  çünki,   qeyrəti olmayanlar  özlərini lazımsız anti Azərbaycan nümunəsi göstərərək həm dövlətimizə, həm də vətəndaşlarımıza qarşı olmazın söyüşlərin söyüb,  sosial şəbəkə vasitəsi ilə  bəzi qeyrətli ana və bacılarımızı ağır söyüşlərlə təhqir edərək insanlıqdan kənar həəkətlər  edirlər. Avropada böyük summalı qrantlar alan Leyla Yunisi, Orduxanı, Tural Sadıqlısı və digər bunlara tay “Ham hamlar”ı öz ailə tərbiyələrini ancaq və ancaq sosial şəbəkə vasitəsi ilə göstərərək ölkə prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasətə kölgə salmaq məqsədləri güdürlər. Bu məqsədlər isə ağıllı, savadlı vətənpərvər insanlarımız tərəfindən heçdə yaxşı qarşılanmır çünki bunların “vəzifələri”  bəllidir.

 

Bir neçə gün öncə Baki şəhər sakini Rzayeva Səltənət Əlirza qızı Xəbəral.az saytına müraciət edərək,bəzi tərbiyəsizlər tərəfindən sosial şəbəkə də müxalifət adı altında trolların onu təhqir etməyindən danışdı. Səltənət xanımın danışdıqların olduğu kimi yazmağımızı xaiş etdi. Bizdə vətəndaşın haqlı müraciətini nəzərə alaraq müsahibəsini yazı şəkilində sizlərə təqdim edirik:

 

Səltənət xanım: Çox sağ olun ki, dəvətimi qəbul edib gəldiniz. Başıma gələnləri Xəbəral.az saytı və digər saytlar vasitəsi ilə xalqımıza çatdırım. Nəvəm 6 aylıq idi,  gəlinimlə nəvəm xəstəxanada idi,  yanlarına gedirdim.  Təxminən 8 il öncə gördüm bir neçə nəfər insanlar yığışıb, kimsə  çəkir, bir kök xanım müsahibə verir. Yerazam deyir, acından ölürəm,  çörək tapmıram kafeyə də iş üçün gedirəm pul istəyirlər işə düzəlməyimə. Məndə bu xanımın öyrədilmiş olduğunu hiss edib yaxınlaşdım və öz yaşayışımdan danışdım.

Dedim məndə adi, sadə vətəndaşam.  Heç bir yerdə  işləmirəm, təqaüdçüyəm, heç bir şeydən narazılığım yoxdu. Azərbaycanın güclü lideri var və möhkəm Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan güclü ölkəmiz var. Mənim 4 yerdə evim var və heç bir narazılığım yoxdu. Bu dövlətdə ağılı olan dolanır. Xanıma bildirdim ki,”vallah sən acından ölənə oxşamırsan”sadəcə müxalifət və ya xarici qara qüvvələr tərəfindən maliyyə dəstəyi alıb, müstəqil vətənimizin imicinə xələl gətirmək niyyətindəsən

 

Orda məni yaltaq adlandırdılar. Familiyamı soruşdular Rzayeva dedim ordakiların bir çoxu Əlirzaların əlindən bezmişəm deyib gülüşdülər.

 

Toplaşma Nəsimi rayon ərazisində olduğundan oranın polisləri yaxınlaşıb bizi Nəsimi rayonu polis idarəsinə apardılar və orada aydınlaşdırdılar ki, mən bunları başa salmaq üçün danışırammış. Düzü birinci “Post Patrul” maşınına məni mindirdilər, sonra isə o xanımı. Buda insanlarda çaşqınlıq yaratdı. Amma Nəsimi rayon polis idarəsinə və o vaxtki , oranın polis rəisi Musa müəllimə minnətddaram ki, sözügedən məsələyə obyektiv yanaşdılar mənim günahsız və ya dövlətimizin xeyirinə danışdığımı bildilər.

 

O gündən artıq 8 il ötür, sizə müsahibə verməkdə məqsədim bu olaydan çox ötməyinə baxmayaraq bəzi, müxalifət saytları mənim bu çıxışımı yaltaq iki üzlü və ya ayrı-ayrı təhqirli söyüşlərlə paylaşırlar. Mənim övladlarım, nəvələrim,  ailəm və digər qohumlarım bu paylaşımlardan pis olurlar. Məncə mən pis hərəkət etməmişəm. Olduğunu demişəm çünki yadımdadır tanklar və silahlılar az qalırdı evimizə girsin,  küçələrdə gəlin, qızlarımıza hücum edirdilər. Ölkə çətin durumda idi.  Bizi bu bəladam rəhmətlik Heydər Əliyev xilas etdi. Allah ona rəhmət etsin. Bu gündə cənab prezident İlham Əliyev bu bünövrəli siyasəti uğurla davam etdirir. Adamın  Allah var düz danışmaq lazım. Çətinlik, krizis bütün dünyada var amma Azərbaycanda bir o qədər hiss olunmur.

 

Mən bütün vicdanlı mediya əhlindən,  ölkə başçımızdan və digər aidiyyatı qurumlardan xaiş edirəm xəstə adamam bir yandan şəkər, bir yandan ankaloji amma hər 3 aydan bir bu videonu təzələyirlər məni orada söyüşlərə qərq edirlər. Çox xaiş edirəm bu cür özbaşınalıq edən saxta profillər və onların havadarları barədə lazımı ölçünü götürəsiniz. Mən artıq əsəb olmuşam,  bir yandan səhhətim, bir yandan da bu söyüşlər məni və ailə üzvülərimi cana yığıb. Mənim bu gün yaşayışımdan narazılığım yoxdu,  çox şükür azad, firavan yaşayırıq.  Mən inanıram ki,işğal altında olan torpaqlarımızda azad olacaq,  məcburi köçkünlərimiz Ali Baş komandan İlham Əliyevin sağlığı ilə öz doğma yurdlarına qayıdacam.  Biz buna əminik.

 

Xaiş edirəm bu sosial şəbəkələrə nəzarət güclənsin  bizləri bu trolların əlindən qurtarın. Bəli bu bir vətənini sevən,  prezidentini dəstəkləyən ananın başına gələn oyundur.Məncə bu yazımızdan sonra aidiyyatı qurumlar lazımı tədbirləri görəcək dövlətimizə qarşı aparılan çirkin kompaniyalara nisbətən son qoyulacaq. Xatırladaq ki,sözü gedən həmin video avropada qaçıb gizlənən və orada Azərbaycana qarşı erməni sevgisi göstərən bəzi insanlar tərəfindən idarə olunur. Bu qrup və səhifələr Yotube  “Hamam Tayms və digərləridi.

 

Sözü gedən videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir