Ana Səhfə Sosial

DSX: Son 1 ayda 38 əcnə­binin sənədlərinin saxtalaşdırıl­dığı müəyyənləşib

Sharing is caring!

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

DSX-dən APA-ya bildirilib ki, Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son bir ay ərzində dövlət sərhə­dinin buraxılış məntəqələrində 38 əcnə­binin, o cümlədən 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırıl­ması halları müəyyənləşib.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir