Ana Səhfə

Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış

Sharing is caring!

Araşdırmaçi jurnalist Cavanşir Həsənli özünün feyzbuk səyfəsində  Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə
aid ilginc faktlar açıqlayıb.

XəbərAl.az olaraq həmən yazını olduğu kimi diqqətinizə  çatdırırıq:
Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış. TƏXMİNƏN 1.5 MİLYON DOLLAR…Həm də bu sərvət təkcə bir şirkətə yatırılanıdır.
Allahşükür Paşazadəyə məxsus Aynur KV şirkətinin 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etdiyi illik maliyyə sənədlərində bu fakt öz əksini tapıb. Əsasən daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğul olmuş şirkəti məlumunuz olduğu kimi 1980-ci il təvəllüdlü Çexiya vətəndaşı Marketa Şpişakova idarə edib. Marketa Şpişakova ixtisasca həkim diabetoloqdur və şəkərli diabetdən əziyyət çəkən Şeyxi müalicə edir. O, Bohemia – lázně Kriváň – Slovan sanatoriyasında, eləcə də atasının da həmtəsisçilərindən olduğu Karlovı Varı Balneoloji institutunda çalışır. Şeyx cənabları ildə bir neçə dəfə bu sanatoriyada müalicə alır. Məlumat üçün bildirim ki, 4 ulduzlu sanatoriyada lüks nömrədə qalmaqla ümumi müalicə bir nəfər üçün günlük 450-500 avro təşkil edir.
Şpişakovanın atası, 69 yaşlı Ladislav Špišákın adına hazırda 3 şirkət fəaliyyət göstərir. Bunlardan biri – Beverly Hills s.r.o. şirkətinin də cənab Allahşükür Paşazadəyə məxsus olması ciddi ehtimallardan biridir. Beverly Hills şirkətinin ofisi məhz Karlovy Vary, Škroupova 2077/19, PSČ 360 01 ünvanında yerləşir. Bu ünvan artıq hər kəsə bəlli olduğu kimi Şeyxin “iki qarajın üstündəki 24 kvadratlıq namaz otağı” adlandırdığı villasıdır.
Şirkət Aynur KV ilə eyni vaxtda təsis edilib. Beverly Hills s.r.o.-nun təsisçiləri sırasında Şpişakdan başqa Lüksemburqun Fidugest S.A. şirkətinin adı da keçir. Anonim şirkət olan Fidugest S.A. 75 faiz paya malikdir.
Qeydiyyat ünvanları Şeyxin villası olan şirkətlər təkcə 1.5 milyon dollarlıq sərvətə malik Aynur KV şirkəti və Şpişakovanın atasının adına qeydiyyatdan keçmiş Beverly Hills s.r.o. (s.r.o. MMC deməkdir) deyil. Burada Rusiya vətəndaşı Valery Onishchenkonun adına qeydiyyatdan keçirilmiş OSIRIS HEALTH SCIENCES s.r.o. və Çexiya vətəndaşı Vladimir Vurmun adına rəsmiləşdirilmiş Medical Spa Consulting s.r.o. şirkətləri də yerləşir. Şeyxə məxsus mülkdə qeydiyyata alınmış bu şirkətlərin də ona aid olduğu güman olunur.
Aynur KV şirkətinə gəlincə, o ötən ilin mayından MP International s.r.o. adı altında fəaliyyətini davam etdirir. Şirkətlə bağlı sənədlər mətbuatda açıqlanandan sonra Allahşükür Paşazadə və deputat qardaşı Cavanşir Paşazadə şirkəti Şeyxülislamın oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir