Ana Səhfə

“Xırman”firmasında saxta tarix yoxsa səhv? FOTO FAKT

Sharing is caring!

“Xırman” firması istehsal etdiyi süd və süd məhsullarında məhsulun üzərindəki İstehsal Tarixində Dünya tarixində görünməmiş bir “ilkə” imza atıb. Belə ki, Fevral ayı 28 gün və 4 ildən bir 29 gün olduğu halda “Xırman” firması istehsal etdiyi süd məhsulu olan qaymağın üzərində 30.02.2019-cu il qeyd etmişdir.
XəbərAl.az xəbər verir ki,  aktiv sosial şəbəkə istifadəçisi olan Elyar İslamoğlu adlı şəxs öz profilində məhz “Xırman” firmasına məxsus olan Qaymaq məhsulunun üzərində tarix saxtalığını aşkar edərək paylaşmışdır.
Göz görə-görə insanları istehsal tarixi ilə aldadan şirkətin məhsullarının tərkibinin necə təhlükəli olduğu açıq aydın özünü göstərir.
Məsələyə “Qida Təhlükəsizliyi Agentliyinin” lazımı münasibət bildirəcəyinə ümid edirik.
Rahid Vahidoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir