Ana Səhfə

Keçmiş sevgilisini unuda bilməyən kişinin – ƏLAMƏTLƏRİ

Sharing is caring!

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir.

Davamlı ondan bəhs edir

Hər söhbəti zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki  sevgilisini unuda bilir.

Hələ də fotolarını saxlayır

Telefonuna və ya notbukuna baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.

Onun əşyalarını saxlayır

Əvvəlki sevgilisinin ona hədiyyə etdiyi, evində unutduğu və ya birlikdə istifadə etdikləri əşyaları hələ də saxlayırsa, bu, onu xatırlatdığı üçündür.

Sosial şəbəkədə izləyir

Həyatından gəlib keçmiş insanları internetdə izləmək doğru hərəkət deyil. Lakin o, hələ də əvvəlki sevgilisini dostluğundan çıxarmayıbsa və onun hər addımını izləyirsə, demək unutmayıb.

Ünsiyyətini davam etdirir

Hələ də əvvəlki sevgilisi ilə gizli-gizli mesajlaşırsa, onun səmimi mesajlarına cavab verirsə, onun olduğu yerlərə getməyə çalışırsa, unuda bilməyib.

Müjdə vermək üçün onu axtarır

Uzun zamandır arzuladığı işə girdikdə, mükafat aldıqda, həyatında, işində yenilik olduqda sizdən əvvəl ona xəbər verməyə çalışırsa, demək, xoşbəxt olduğu zaman ağlına gələn ilk adam odur.

Hər an köməyinə yetişir

Əvvəlki sevgilisi adi işlərində belə, onun köməyinə çatmaq istəyir və hələ də qaça-qaça köməyə gedirsə, bunun iki mənası var: ya çox köməksevər insandır, ya da əvvəlki sevgilisinə qarşı eyni hissləri keçirir.

Onu rəqib olaraq görürsünüz

Onun əvvəlki sevgilisinə rəqib kimi baxmağınız normaldır. Çünki bir zamanlar onu sevib.  Ancaq sizin ona rəqib kimi baxmağınıza sevgiliniz səbəb olursa, demək düşüncələrinizdə haqlısınız.

Ona görə mübahisə edirsiniz

Əvvəlki keçmişdə qalır. Bu gününüzdə olması üçün heç bir səbəb yoxdur. Sevgiliniz əvvəlki sevgilisi ilə hələ də həyatının bir parçası kimi davranır və mübahisələrinizə səbəb olursa, o zaman münasibətlərinizə nəzər salın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir