AKTUAL

Əziz Əzizovdan misli görünməmiş biabırçılıq

Sharing is caring!

Suraxanının icra başçısı Qurban bayramı tədbirini necə təşkil edib?

Milli birlik, bərabərlik, paylaşım bayramı olan müqəddəs Qurban bayramı Azərbaycanın demək olar ki, hər yerində təmtəraqla qeyd edilməkdədir. Bu gözəl bayramda qurbanlar kəsilir, ehtiyacı olan insanlara qurban payı göndərilir. Ancaq hər il olduğu kimi bu il də bir sıra rayonlarımızda Qurban bayramı nöqsanlarsız ötüşmədi. Məsələn, elə paytaxtın Suraxanı rayonunda olduğu kimi. Bir müddət əvvəl bahalı geyimləri ilə medianın gündəmini zəbt edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun adı bu dəfə Qurban bayramı ilə bağlı olaraq hallandırılmaqdadır.

Xəbəral.az xəbər verir ki, Suraxanı RİH-dəki mənbələr tərəfindən KivNews.com saytına daxil olan məlumatlara görə, Əziz Əzizov Qurban bayramı münasibətilə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatları “səfərbər” edib. Mənbəmiz bildirir ki, idarə, müəssisə, təşkilat rəhbərləri maliyyə durumlarına uyğun olaraq Əziz Əzizovun Qurban bayramı “tapşırığını” icra ediblər: “Ümumiyyətlə, Əziz müəllim Suraxanıya başçı gələndən sonra bütün tədbirlər məhz idarə, müəssisə və təşkilatların hesabına həyata keçirilir. Qurban bayramı münasibətilə hər idarə rəhbəri bir qoyun, yaxud qoyunun qiymətində pulu Əziz Əzizovun yerlərdəki nümayəndələrinə çatdırdılar. İcra başçısı kimlərinsə gördüyü işi öz adına çıxır. Demək olar ki, bütün idarə müdirləri başçının bu əməlindən cana yığılıblar. Ən biabırçı fakt ondan ibarətdir ki, icra başçısı hətta Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tədbirini də bu formada həyata keçirdiyi deyilir. Axı, bu adam Heydər Əliyevin sayəsində vəzifədədir. Guya onun pulu yox idi ki, bu tədbiri öz hesabına həyata keçirsin? Qurban bayramı münasibətilə rayon ərazisindəki şəhid ailələri və qazilərə yardım paylanıldı. Amma ətin keyfiyyəti bir çox hallarda ailələri qane etməyib. Yaxud qazilərə yardım qutusu veriblər, amma içərisində ət olmayıb. Köhnə makaron, verməşil, yağ kimə lazımdır? İcra başçısı özünə rəva bilmədiyi şeyləri niyə şəhid ailəsi və qazilərə rəva bilir?”.
Məlumatlı mənbə iddia edir ki, icra başçısı Suraxanı rayonunun İkinci Qarabaş savaşındakı şəhidlərinin dəfn, yas və anım günləri mərasimlərini də idarə müdirlərinin hesabına aparıb. Bu barədə, eyni zamanda Əziz Əzizovun Suraxanıda gördüyü qeyri-qanuni işlər, ona yaxın adamların hansı qoçuluqlar etməsi və başçının biznesi haqqında geniş, faktlara söykənən araşdırma yazımız olacaq. 
Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.//KivNews.com//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.