AKTUAL

Tünzalə İsmayıllı: Millət vəkili susur vay, danışır vay…

Sharing is caring!

Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı bazarlarda qiymətlər çox bahadır, yüksək maaş alan insan üçün bahalı olan məhsulları az maaş alan insanlar necə alıb yesin? deyib: Bunu bəzi saytlar o cümlədən dilənçi kimi qapı- qapı düşüb uşağım xəstədir, anam xəstədir, imkanım yoxdur, redaksiyamıza dəstək lazımdır deyib dəfələrlə bizim də qapımıza gələn bəzi jurnalist adına ləkə olan “jurnalistlər” məqsədyönlü şəkildə, açıqlamanı başqa istiqamətdə müzakirə edib, yaymağa başladılar.


Əvvəla onu qeyd edim ki, açıqlamanı oxuyan düşüncəli insanlara aydın olur millət vəkili nə dəymək istəyib. Sonrası isə dəyərli Başqanım düz deyirsiniz, yeni çıxan meyvələrin qiyməti od tutub yanır. Alça yeni çıxanda ədədi 10 manat idi kiloqramı təxminən 300,500 arasında dəyişirdi. Sual vermək istəyirəm ki, bu qiymətə kim mövsüm meyvəsi alıb yeyib? Xüsusilə 50 manat üçün 50 dil danışan üzdən iraq jurnalistlərə üz tuturam ( işimlə əlaqədar olaraq 10 ildən artıqdır ki, belelərin çox görürəm) və sonra əminəm ki, əllərində bayraq edən insanlar ki, var təlxək kimi ortalığa düşüblər, əksəriyyətinin evinde mövsüm meyvəsinin nübarı edilməyib.

Sizlərə səslənirəm: – Madəm qiymətlərin artımına razısınız o zaman niyə “millət vəkilləri hara baxır, millət dolana bilmir, qiymətlər gündən günə artır” deyirdiniz??
Milləti vəkili susur vay, danışır vay… Nə istiyirsiz axı siz?

Tünzalə İsmayıllı AVP-çi



Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir