AKTUAL

Ramiz Mehdiyevin kirvəsi, Əli Həsənovun qardaşı Ramiz Həsənov yola salınır

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, RAMİZ HƏSƏNOV keçmiş Qaçqınkom-un sədri Əli Həsənovun qardaşıdır.
Detallara varmadan qeyd edək ki, Əli Həsənovun uşaqları ilə Prezident Administrasiyasının sabiq rəhbəri, Ramiz Mehdiyevin uşaqları qan qohumu, kirvədirlər.

Hamımıza məlumdur ki, 44 günlük vətən mühəribəsi dönəmində 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.

Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Bəs görəsən Zəngilanın icra başçısı Ramiz Həsənov hardadır?

Ölkə ictimaiyyətini narahat edən məsələlərdən biri də məmurların Respublika Prezidentinin tapşırıqlarına lazımi səviyyədə əməl etməmələri, sakinlərlə mütəmadı görüşməmələri, onların qayğı və problemlərini dinləməmələridir. Lakin Prezidentdən, Birinci vitse-prezidentdən, əksər nazir və komitə sədrlərindən fərqli olaraq, bəzi rayon icra hakimiyyətlərinin başçıları kabinetlərində oturaq həyat keçirməklə sözün əsil mənasında kef edirlər.

Belələrindən biri də Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovdur.

Bu isə o deməkdir ki, Zəngilan rayonundan yuxarı instansiyalara edilən müracətlər durmadan artır. Zənimizcə, əlavə şərhə ehtiyac yoxdur. Hələlik digər məqamlara toxunmamaq şərti ilə konkret olaraq deməliyik ki, icra hakimiyyətinin başçısını rayon əhalisi maraqlandırmır.

Respublikanın şəhər və rayonlarının icra başçıları Prezidentin yüksək etimadını döğrultmaq üçün əhali ilə sıx əlaqədə işləməli, onların yerli qayğı və problemlərinin həllinə köməyini əsirgəməməlidir. Ancaq əksər rayonlardan fərqli olaraq Zəngilan rayonunda bunu görmək mümkün deyil. Çünki rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov rayon əhalisi ilə demək olar ki, nazir və komitə sədrlərindən az görüşür. Daha çox kabinetdə oturmaqla işini bitmiş hesab edir

Varlı, dövlətli, icra başçısı illərdir ki, vəzifədədir.Demək olar ki, Prezident İlham Əliyevin işğaldan azad olunan Qarabağa o cümlədən Zəngilana səfəri zamanı Ramiz Həsənov gözə dəyməyib.

Buda ondan xəbər verir ki, Ramiz Həsənov yaxın günlərdə öz vəzifəsi ilə vidalaşacaqdır.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir