AKTUAL

Rasim Həsənov sakinləri cana doyurub:Etiraz yürüşləri QAÇILMAZDIR – VİDEO

Sharing is caring!

Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri iş adamı, hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildiriblər.

Xəbəral.az xəbər verir ki, AzTimes.az-a danışan sakinlər illərdir yaşadıqları mənzilləri üçün çıxarış ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, binanın 3 ilə hazır olub, çıxarış veriləcəyini deyən Rasim Həsənov illərdir binanı təhvil verə bilməyib. Sakinlər binada iki yük liftinin quraşdırılmadığını da bildiriblər. Onlar binanın 86 min AZN-ə yaxın işıqpulu borcunun yığıldığını iddia edirlər . Dəfələrlə edilən müraciətlərə məhəl qoymayan Rasim Həsənovun əlindən cana doyan sakinlər , səslərinə səs verən olmayacağı halda etiraz olaraq yürüş edəcəklərini bildiriblər:

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir