AKTUAL

Vətəni qorumaq kasıbların peşəsidir, CƏNAB DEPUTAT… – FAKT BUDUR!

Sharing is caring!

Bizim belə bir deputatımız da var. Ülvi Quliyev adında…
Özünü millətə bir vətən sevdalısı kimi sırımağa çalışır… Elə mətbuatda davamlı olaraq yazdığı yazılarından da anlaşılanı budur.


Yazılarında düşməni üzərinə yeriyir, düşməni hədələyir… Bir sözlə qan-qan deyir…
Hər şey yazılarda olduğu kimi olsaydı… Nə vardı ki…

***
O gün də nəzərimi Milli Məclisin üzvü Ülvi Quliyevin köhnə bir müsahibəsi cəlb etdi. Müharibədən sonra verdiyi müsahibə idi. Uzun-uzadı müsahibəsinə nəzər salanda bir məsələ diqqətimi cəlb etdi.
Cənab deputat deyir ki, gənc nəsildə vətən sevgisi daha güclüdür, torpaqlarımızı gənc nəsil erməni işğalından azad etdi.
Bir sözlə, Ülvi Quliyev vətən sevgisindən, şəhidlikdən, vətəndaş məsuliyyətindən xeyli danışır, yəni NİTQ SÖYLƏYİR.
Bu məqamda yadıma böyük türk şairi Orxan Vəlinin “ Vətən üçün Kimlər ölümə getdi, Kimlərsə NİTQ SÖYLƏDİ” misraları düşür.
Bəli, Ülvi Quliyevin dedikləri, yazdıqları, verdiyi müsahibələr NİTQ-dən başqa bir şey deyil.


Adamdan soruşarlar ki, torpaq sevgisindən, vətən uğrunda vuruşmaqdan belə danışırsan…bəs niyə oğlun vətən qarşısında borcunu yerinə yetirmədi ..?
Bəs niyə sənin oğlun vuruşmadı vətən uğrunda ?
Hansısa məmurun, nazirin, icra başçısının oğlu yaralandımı döyüşdə ?
Bəlkə, bircə fakt göstərəsiniz, cənab Ülvi Quliyev.


Pafoslu çıxış etməyə, şeir söyləməyə, müsahibə verməyə nə var ki?
Vəzifəli şəxslərin hamısı övladlarını döyüşdən çox qabaq ölkədən çıxarmışdı…
Siz də eləcə, möhtərəm deputat.
19 yaşlı oğlunuz Orxan Quluzadənin sorağı Londondan, Parisdən gəlir.
Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev ?
Bəlkə, oğlunuzun Rusiyadakı biznesindən, restoranlarından danışaq ?
Bəs, Qarabağda şəhid olan gənclərin nəyi var idi ?
Çoxu kasıb daxmalarda böyüyən uşaqlar idi.
Onların vətən, millət sevgisindən danışmağa haqqı var.


Sənin ki isə şair demişkən, “ nitq söyləməkdir “.
Oğlun Orxanın 1 illik təhsil haqqı 40 min dollardır. Bu pulları haradan alırsan, cənab Quliyev ?
Axı, sənin işin apteklərə dərman paylamaq idi. Özü də necə, hansı keyfiyyətdə, hansı qiymətə dərmanlar…
Müsahibəndə deyirsən ki, insanda əsas ruhdur…
Sağlam ruhu olan insan, nəinki öz soydaşlarını, ümumiyyətlə, Allahın yaratdığı heç nəyi pula görə zəhərləməz.
Sizlər üçün vətən də, torpaq da, din də, iman da puldur, sərvətdir.
Ona görə, bu uzun-uzadı nitqlərini özünə saxla…//Vertikal.Az//

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir