AKTUAL

Haitidə tropik qasırğası 5 nəfərin ölümünə səbəb olub

Haiti adasında meydana gələn güclü tropik fırtınaları nəticəsində azı 5 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “France Press” agentliyi yerli xilasetmə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, iki nəfər paytaxt Port-o-Prensdə ölüb, digər üç yeli sakinin meyiti isə Site-Soley şəhərciyində aşkar olunub.

Port-o-Prensdəki qəsəbələrin birində su axınları onlarla birmərtəbəli evləri dağıdıb. Nəticədə təxminən 10 nəfər ciddi xəsarət alıb. Üç paytaxt sakini hələ də itkin düşmüş hesab olunur.

Ölkə rəhbərliyi yaxın iki gün ərzində paytaxtda və onun ətrafında yağış ilə müşayiət olunacaq güclü qasırğa barədə xəbərdarlıq edib.