AKTUAL

Şirkət rəsmisi: İnşaat Konstruksiyaları MMC barəsində səsləndirilən ittihamlar əsassızdır – VİDEO və FOTO

Sharing is caring!

Bir neçə gün bundan öncə bir qrup Yasamal rayon sakini İnşaat Konstruksiyaları MMC tərəfindən illərdir evsiz-eşiksiz qalmaları və sökülən evlərinin qarşılığında tikinti şirkəti tərəfindən bu günə kimi mənzillə təmin olunmamaları ilə bağlı ölkə mətbuatına müraciət etmişdi. Həmçinin tikinti şirkəti tərəfindən hüquqlarının pozulması və evlərinin vaxtında verilməməsi ilə bağlı etiraz aksiyası keçirərək, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar olaraq ölkə rəhbərliyinə müraciət etmişdilər. Vətəndaşlar müraciətlərində qeyd edirdilər ki, tikinti şirkəti bina sakinlərə qarşı laqeyd münasibət bəsləyərək, mənzillərin təmirini gecikdirir və illərdir süründürməçiliyə məruz qoyur.

 Bundan başqa sakinlər qeyd edirdi ki, bina hələ də bu günə kimi elektrik enerjisi həmçinin su anbarı ilə təmin olunmayıb. Etiraz aksiyası zamanı sakinlər bildirirdilər ki, binada heç bir təmir işləri həmçinin mənzillərdə bölgülər və blokların pilləkənlərində mərmərlər döşənməyib. Məsələ ilə əlaqədar olaraq, vətəndaşların şikayətini yerində araşdırmaq məqsədi ilə tikinti gedən ərazidə etirazçıların fikirlərini öyrənməyə çalışdıq. Bina sakinləri tərəfindən səsləndirilən ittihamlara cavab olaraq, şirkətin baş mühəndisi Elçin Əsədov açıqlama verərək, tikintinin 2022-ci ilin dekabr ayında bitərək dövlətə təhvil veriləcəyini qeyd etdi.

Şirkət rəsmisi açıqlamasında tikintinin başa çatdırılmasında gecikmənin əsas səbəbinin pandemiya dövrü və maliyyə sıxıntısı ilə əlaqələndirdi. Digər səsləndirilən ittihamlara cavab olaraq qeyd etdi ki, bina elektrik enerjisi ilə tam təmin olunub, enerji bloku quraşdırılıb və su anbarı tikilib. Bundan başqa mənzillərdə bölgü işləri aparılıb və binanın blokları ağardılaraq, mərmərlərlə döşənilib.

Ərazidən köçürülən sakinlərin kirayə haqları vaxtı-vaxtında şirkət tərəfindən ödənilib. Sakinlər tərəfindən səsləndirilən ittihamların əsassız olduğunu bildirən Elçin Əsədov, şirkətin işgüzar nüfuzuna xələl gətirməyə çalışan bir qrup şəxslərin dediklərinin həqiqətə uyğun olmadığını xüsusilə vurğuladı.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir