AKTUAL

Səhhəti yaxşılaşan Tunis prezidenti gələn həftə xəstəxananı tərk edəcək

Sharing is caring!

Tunis prezidenti Beji Kaid əs-Sebsinin səhhəti yaxşılaşmağa doğru gedir, bazar ertəsi və ya çərşənbə axşamı günü o, hərbi hospitalı tərk edə biləcək.

APA xəbər verir ki, bu barədə “Agence France Press” agentliyinə dövlət başçısının oğlu Hafez Kaid əs-Sebsi məlumat verib.

“Prezidentin səhhəti yaxşılaşır, onun durumu üçün təhlükə yoxdur, ümid edirik ki, bazar ertəsi və ya çərşənbə axşamı günü o, hospitalı tərk edəcək”, – prezidentin oğlu belə deyib.

Qeyd edək ki, ötən cümə axşamı günü Tunis prezidentinin səhhəti qəfildən pisləşib və o, hospitala yerləşdirilib. Sonradan bəzi yerli KİV orqanları onun ölüm xəbərini yayıblar. Ancaq bu xəbərlər tez bir zamanda rəsmi olaraq öz təsdiqini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir