AKTUAL

Birinci Xəzər İqtisadi Forumunun keçiriləcəyi məkan və tarix açıqlanıb

Sharing is caring!

Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də Türkmənistanın “Avaz” turizm zonasında keçiriləcək.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib.

Xəzərin hüquqi statusu barədə Konvensiya 12 avqust 2018-ci ildə imzalanıb və sənədin imzalanmasının ildönümündə keçirilən bu Forum strateji əhəmiyyət daşıyır. Uzun illər ərzində aparılan danışıqlardan sonra imzalanmış Konvensiya Xəzərdə yeni layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir