AKTUAL

Leyla Məmmədova şər – böhtan kampaniyalarına sərt cavab verdi!

“Məhkəmədə görüşərik, buyursunlar, yazdıqlarını sübuta yetirsinlər”

Azərbaycan jurnalistikası adına xələl gətirən bəzi elektron saytlarda haqqımda yayılan şər-böhtan xarakterli məlumatlar tamamilə əsassızdır”.

Bu fikirləri Bərdə rayonu 10 saylı Körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, müxtəlif bəlli saytlar bu vasitə ilə həm Bərdə RİH-nin gördüyü mühüm işləri, həm də onun şəxsini hədəfə almaqla suyu bulandırmağa, öz kirli oyunları vasitəsi ilə qeyri-qanuni maddi vəsaitlər əldə etməyə cəhdlər göstərirlər.

“Qanun şahdır” prinsipi ilə fəaliyyətimizi davam etdirməklə heç bir qeyri-qanuni hərəkətlərə rəvac verən addımlar atmırıq”

SİTAT: “Biz, istər əvəllər, istərsə indi, eləcə də gələcəkdə dövlətimizin apardığı uğurlu, məqsədyönlü siyasətin həyata keçirilməsi üçün vətəndaşlıq borcumuzdan layiqincə çıxır və əslində zaman-zaman üzərimizə gələn qaranlıq maraqlı dairələrə əməli işlərimizlə cavab veririk. Eyni zamanda, “Qanun şahdır” prinsipi ilə fəaliyyətimizi davam etdirməklə heç bir qeyri-qanuni hərəkətlərə rəvac verən addımlar atmırıq. Məhz bundan əndişələnən reketçi media qurumları, dırnaqarası “jurnalistlər” daha da aqressivləşir, pul-para, asan maddi gəlir qazanmaları üçün hətta dövlətin həyata keçirdiyi siyasətin reallaşdırılmasında xidmətləri olan insanlara böhtanlar atırlar. Söz yox ki, bu məsələlərlə bağlı məhkəmələrimiz, müvafiq media qurumlarımız mövcuddur. Dəfələrlə Mətbuat Şurasının qara siyahılarında yer alan belə dırnaqrarası “KİV” rəhbərləri hələ də hansı cinayətkar əməllərə yol verdiklərinin fərqinə varmırlar. Bu baxımdan, istər Bərdə RİH, istərsə də şəxsim barədə şərləmə kampaniyaları aparanlarla məhkəmədə görüşmək üçün kifayət qədər zəmin yaranıb. Dövlətimizin ədalətli qərarlar çıxaran məhkəmə sistemi mövcuddur və əminəm ki, reketçiliklə məşğul olanlar, əllərində heç bir faktları, sübutları olmayan təsadüfi adamlar hakim qarşısında cavab verməli olacaqlar”.

“Təəssüf edirəm ki, 44 günlük Vətən müharibəsindəki informasiya savaşında düşmənə layiqli cavab verən mətbuat cameəsinə bax belə böhtançı, şərbaz, qarayaxma kampaniyaları ilə haram qazanclar əldə etməyə çalışan “jurnalistlər” də sızıblar”

Leyla Məmmədova onu da bildirib ki, o Bərdə rayonunda fəaliyyət göstərdiyi üçün rayonun RİH rəhbərliyindən müvafiq tapşırıqlar alır və onları icra edir, burada isə qeyri-qanuni, ya da qeyri-adi heç nə yoxdur. İstənilən rayonun, bölgənin rəhbər strukkturları digər strukkturlarla birgə fəaliyyət göstərir, ölkənin, regionların inkişafı üçün əməli işlər həyata keçirirlər. SİTAT: “Bu inkişafı, dövlət siyasətini gözləri götürməyən qaranlıq dairələr isə hər vəchlə uğurlara kölgə salmağa, pəl vurmağa cəhdlər göstərirlər, ancaq nəticədə nə qədər bataqlıqda qaldıqlarının, çirkablara bulaşdıqlarının fərqinə vara bilmirlər. Mən, həm də bir ziyalı, pedaqoq və milli-mənəvi dəyərlərimizə bağlı olan ailə sahibi kimi baş verənlərdən təəssüf edirəm. Təəssüf edirəm ki, 44 günlük Vətən müharibəsindəki informasiya savaşında düşmənə layiqli cavab verən mətbuat cameəsinə bax belə böhtançı, şərbaz, qarayaxma kampaniyaları ilə haram qazanclar əldə etməyə çalışan “jurnalistlər” də sızıblar. Düşünürəm ki, artıq belələrinə qarşı ictimai və sərt qınaqlar olunmalı, onların bu sahənin adamları oplmadıqları barədə hüquqi qiymətlər verilməlidir. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə ali dəyərlər hüquqlar qorunur, müdafiə olunur”.

“Hesab edirəm ki, hüquqi çərçivədə bu da nəzərə alınmalıdır, çünki inkişafa qarşı çıxmaq hm də dövlət siyasətinə qarşı çıxmaq deməkdir”

“Mənim heç bir vəzifədə gözüm olmayıb və yoxdur. Əgər mənlə bağlı körpələr evinə, uşaq bağçasına rəhbərlik etmək qərarı verilibsə, bu qərarı icra etmək mənim birmənalı vəzifəmdir. Bir daha təkrar edirəm ki, biz vətəndaşlıq borcumuzu həyata keçirir və üzərimizə düşən, öhdəmizdə olan məsuliyyəti anlayırıq. Çalışırıq ki, fəaliyyətimizi nöqsanlarsız, uğurla reallaşdıraq. Belə olanda isə qaranlıq qüvvələr dərhal ikrah hissi yaradan işləri ilə bizi, məni qaralamağa cəhd edirlər”, deyən Leyla Məmmədova qeyd edib ki, gördükləri işləri göz önünüədir. Bərdədəki uşaq bağçaları bərbad vəziyyətdən çıxarılaraq ən müasir standartlar vəziyyətinə gətirilib. Uşaqların qidalanmalarından başlayaraq, onların gigiyenası, təmizliyi və s.məsələlərinə qədər bütün həssas faktorlara incəliklə yanaşılır, valideyinlər öz razılıqlarını bildirir, həmçinin, Bərdə RİH rəhbərinin təşəbbüsü, dəstəyi ilə daha böyük planların həyata keçirilməsi üzrə işlər aparılır. İndi bunların hər birinə necə deyərlər, bir “əmma” qoymağın özü inkişafın, tərəqqinin qarşısına səddin qoyulması anlamını daşımırmı? Hesab edirəm ki, hüquqi çərçivədə bu da nəzərə alınmalıdır, çünki inkişafa qarşı çıxmaq hm də dövlət siyasətinə qarşı çıxmaq deməkdir. Maraqlıdır, reketçi qələmbazlar bu tapşırıqlarını, sifarişlərini haradan alırlar? Ümid edirəm ki, bunun da cavabını məhkəmədə verəcəklər. Haqqımda yazılan böhtanlara, şərlərə görə məhkəməyə müraciət etmək qərarına gəlmişəm, buyursunlar indi də yazdıqlarını sübut etsinlər”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir