AKTUAL

Narkomaniyaya qarşı ümummili mübarizə mütləqdir

Sharing is caring!

Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salsaq, tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində xaşxaş qozasından alınan cirə – yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu.Narkomaniyanın daha çox yayıldığı tarixə nəzər salsaq hələ keçən əsrin 60-cı illərində gənc sənət adamları arasında narkotik maddələrin qəbulu özünəməxsus həyat tərzinə çevrildiyini görərik. Dəbə “uğramış” insanlar bunu cəmiyyətdən hueç də gizlin saxlamır, əksinə, bəzən sənət uğurlarını narkotik maddələrin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları da özlərini onlara oxşatmağa çalışaraq narkotik maddə qəbul edirdilər. Həmin dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də narkomaniya ilə məşğul olanlar bu aludəçiliyin insanı ağır problemlərdən xilas etməsi kimi zərərli xülyalarını yaymaqda davam edirlər.Lev Tolstoy isə deyirdi: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.Ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirir.Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır. Təəssüflə qeyd etməliyik ki, bu gün ölkəmizdə də istər narkotik maddə satıcıları, istərsə də ondan istifadə edənlər var. Hal-hazırda dünyanın ən təhlükəli narkotik vasitəsi qəbul edilməkdədir. Metamfetaminin (met, şüşə, kristal, buz, billur ,pati və s.) adlı ən təhlükəli narkotik vasitələrdən istifadə edirlər.Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada heç bir sərhəd tanımadan “şüşə” istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatlarını alt-üst edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də yaşamını təhlükə ilə üz-üzə qoyur. Metamfetamin beyinin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır.Görəsən, ətrafımızdakı insanların bu zəzərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? İnsan münasibətləri? yoxsa İnsan özü?Bəşəriyyət isə sanki “ağ ölümlə” mübarizədə acizliyini göstərməkdədir. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir.Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”  elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir.Əfsuslar olsun ki, bu gün orqanizmində narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.Qeyd edilməlidir ki, respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməmişdir, lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz. Odur ki, narkomaniyaya qarşı ümummilli mübarizə mütləqdir!

Tovuz rayon uşaq kitabxanasının müdiri  Fidan Rüstəmova

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir