AKTUAL

YAP-ın 3 rayon təşkilat sədri işdən çıxarıldı

Sharing is caring!

Hakim Yeni Azərbaycan Partiyasının 4 rayon təşkilat sədri işdən çıxarılıb. 

Etibarlı mənbələrdən Azsiyaset.com-a daxil olan məlumata görə, YAP-ın Nəsimi rayon təşkilat sədri Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, və Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Azsiyaset.com adıçəkilən məlumatı dəqiqləşdirmək üçün qısa araşdırma aparıb.

Məlum olub ki, M.İbrahimqızı, A.Hüseynov, və N.Həmzəyev YAP nəzarət Təftiş Komissiyasının üzvü olduqlarına görə rayon təşkilat sədri vəzifəsindən kənarlaşdırılıblar. Çünki partiyanın Təftiş Komissiyasının üzvü rayon təşkilat sədri postunu tuta bilməz. Bu şəxslər isə YAP-ın sonuncu qurultayından sonra Təftiş Komissiyasının üzvləri seçiliblər. Yəni, bu məsələ YAP-ın Nizamnaməsindən irəli gələn tələbdir.

O da qeyd olunur ki, bu şəxslərin rayon təşkilat sədri vəzifəsindən işdəncəmiyyətə açıqlanmasa da, bir müddət sonra rəsmi açıqlama olacaq.

Qeyd edək ki, M.İbrahimqızı, A.Hüseynov, və N.Həmzəyev Milli Məclisin deputatlarıdır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir