AKTUAL

Eldar Quliyev təltif olundu

Sharing is caring!

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilat tərəfindən fəxri medalla təltif olunub.

Unikal.org xəbər verir ki, fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhvələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir.

Belə ki, mükafat Eldar Quliyevə 20-21 iyun tarixlərində Bakıda keçirilən QDİƏT PM-in ikigünlük 53-cü plenar sessiyası zamanı təqdim olunub.

Qeyd edək ki, bundan öncə QDİƏT PM-in 52-ci sessiyası Ermənistanda keçirilimiş və həmin sessiyada Eldar Quliyev fəxri medaldan imtina etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.