AKTUAL

AZAL-ın yeməklərlə bağlı paylaşımı tənqid olundu

Sharing is caring!

AZAL-ın feysbuk səhifəsində təyyarədə verilən yemək setlərinin ev və ofislərə çatdırılması ilə bağlı məlumat müzakirələrə səbəb olub.

“XəbərAl.az” xəbər verir ki, AZAL-ın sözügedən paylaşımına 400-ə yaxın şərh gəlib. Sosial şəbəkə istifadəçiləri daha çox tənqidi şərhlər yazıblar. Onlar bildirib ki, AZAL imkansızlıqdan bu üsula əl atıb. İzləyicilərin bir qrupa isə bu işlə məşğul olmaq əvəzinə, bilet qiymətlərinin endirilməsini tələb ediblər.

Şərh yazanların çox az qismi isə təyyarədə verilən yeməklərin evlərə və ofislərə çatdırılması xidmətini maraqlı təşəbbüs adlandırıb.

Qeyd edək ki, şirkətin yemək setlərilə bağlı qiymətləri 13 manatdan başlayır. Ekonom sinif üçün səhər yeməyi və nahar eyni qiymətə – 13 manata təklif olunur. Biznes sinifdə səhər yeməyi 36 manat, nahar isə 66 manatdır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir