AKTUAL

İsmayıl Zalov Dövlət Miqrasiya Xidmətinin Rəisi Vüsal Hüseynovla görüşüb

Azərbaycan Respublikası “Polisə Dəstək”İB-nin sədr müavini, BMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürosunun Paris departamentinin Mərkəzi Asiya Üzrə Hüquq eksperti İsmayıl Zalov Dövlət Miqrasiya Xidmətinin Rəisi Vüsal Hüseynovla görüşüb. Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki iş adamları arasında keçirilən görüşdə Hüquq eksperti İsmayıl Zalov bildirib ki, bu gün Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәrdən biridir. İsamayıl Zalov deyib ki, bu gün miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili uğurla həyata keçirilir. Bunu həm özünü miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsində, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirilməsində görmək mümkündür deyə BMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürosunun Paris departamentinin Mərkəzi Asiya Üzrə Hüquq eksperti İsmayıl Zalov bildirib…