AKTUAL

AZƏRBAYCANLA HESABLAŞMAQ ZAMANIDIR

Sharing is caring!

Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir – həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Hacıqabulda verdiyi müsahibəsində bu fikrlərinin üzərində yenə möhkəm dayandığını bildirib. O, növbəti dəfə bəyan edib ki, artıq Azərbaycanla hesablaşmağın zamanıdır, hesablaşırlar, hesablaşacaqlar və başqa yolları da yoxdur. Biz çox dedik, onlar az eşitdi, amma “Dəmir yumruq” hər şeyi öz yerinə qoydu və qoymaqdadır, artıq bizi dinləməli, eşitməli və qəbul etməlidirlər. Nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Çünki itirən biz deyilik və biz olmayacağıq, itirən yenə onlar olacaqlar və ola bilərlər. Atalarımız demişkən, zərərin yarısından da qayıtmaq da xeyirdəndir. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz.
Biz vətəndaşlar da belə hesab edirik ki, strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. “İsgəndər-M” raketləri ilə bağlı məsələlərə mütləq aydınlıq gətirilməlidir. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır.
Bu günlər Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, daha doğrusu bu məsələdən hər vəchlə yan keçməyə cəhd göstərilir. Hətta iş o yerə çatıb ki, cox gülməli və cəfəng fərziyələr irəli sürürlər. Misal üçün deyilir ki, guya Azərbaycan Türkiyə ilə birlikdə “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Prezidentin dediyinə görə “Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, ri9yakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun”. Azərbaycan öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəkdir.
Biz xalqımıza qarşı törədilən təxribatları heç vaxt unutmamalıyıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. İnanırıq ki, Prezidentin bu ifadələri də reallıq olacaq.
Azər İbişov, Cəlilabad Rayon Gİİ-nin aparıcı məsləhətçisi, RİİB könüllüsü

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir