AKTUAL

Səlçuk Bayraktar Bakıya gəldi – Fotolar

Sharing is caring!

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycandadır.

XəbərAl.az xəbər verir ki, o, bununla bağlı sosial media hesablarında paylaşım edib.

 “Hər kəsə can Azərbaycandan salamlar!

Bu gün Bakıda Heydər Əliyevin məzarı ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik.

Şəhidlərimizin ruhları şad olsun! Qardaşlığımızın gözəl havasını birlikdə udduq.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, – deyə Bayraktar qeyd edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir