AKTUAL

Şəhid baş leytenant Ağaqardaş Abbasovun dünyaya yeni gəlmiş qız övladı Zərdabda təntənə ilə qarşılandı FOTO-VİDEO

Sharing is caring!

Şəhid baş leytenant Ağaqardaş Abbasovun dünyaya yeni gəlmiş qız övladı Zərdabda təntənə ilə qarşılandı.

XəbərAl.az xəbər verir ki,beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı dünyaya gəlib.Baku Medical Plaza klinikasında dünyaya göz açan şəhid övladına ”YAŞAT FONDU” tərəfindən qızıldan hazırlanmış Xarı bülbül nışanı təqdim olunub.
Şəhid övladı Zərdab rayonunda da, böyük təntənə ilə qarşılanıb.Qarşılanma mərasimində rayon İcra hakimiyyətinin məsul şəxsi Xəyalə Veyisova,YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova,Zərdab rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov,Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev,şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki,baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib. O, şəhidlik zirvəsinə ucalmazdan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.Ağaqardaş Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.Cənab Prezident,Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir