AKTUAL manset

Mingəçevir polisindən nümunəvi addım

Sharing is caring!

Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır.

                                                                        HEYDƏR ƏLİYEV

                                                                         Ümummilli lider

 

 

 

Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».

 

İlham Əliyev 

                                                       Azərbaycan respublikasının prezidenti 

 

 

Azərbaycan Polisinin xalqa və dövlətçiliyə sədaqəti sarsılmazdır

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 

“Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb”

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.

Bəli həqiqətəndə bügun Azərbaycan polisi Daxili  işlər Naziri cənab Ramil Usubovun sayəsində inkişaf edib. İsənilən şikayətlə əlaqədar olunan müraciətlər qanun çərçivəsində öz həllini taparaq, dövlət-xalq arasında düzən yaradır.

Buna nümunə olaraq Mingəçevir polis şöbəsinin əməkdaşlarının öz peşə fəaliyyətlərində qanunun keşiyində dayanaraq qanunsuz əməllərin, cinayətlərin qarşısını alaraq ictimai asayişi layiqincə təmin etdiklərini göstəmək olar.

Mən fəxr edirəm ki, bizim belə polislərimiz var.

Son zamanlar bəzi sosial şəbəkələrdə Azərbaycan polisini ləkələmək üçün tənqidi yazılarla rastlaşıram. Mənim isə görüb şahidi olduqlarım tam əksidi. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları, başda şöbə rəhbərliyi olmaqla cinayətkarlığa qarşı mübarizəni layiqincə aparır, polis şöbəsinə üz tutub, onlardan yardım istəyən hərbir vətəndaşın müraciətləri razılıqla həll olunur. Şöbənin Cavid Kərimov adlı təhqiqatçısının araşdırdığı müraciətimizdən, mən bir daha bunun şahidi oldum. Halal olsun elə polislərimizə. Mən vicdanlı, işinin öhdəsindən layiqincə gələn belə polislərimizlə fəxr edirəm.

 

Hazırladı: S. Zülfiqarlı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir