Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı vəfat edib.
Bu barədə BDU məlumat yayıb.
BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Əhməd oğlu Ramazanov vəfat edib. 62 yaşında ölən M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.
2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq, Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib.
Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.