AKTUAL

Türkiyə Parlamenti Ermənistanın Azərbaycana qarşı cinayətlərini araşdırır

Sharing is caring!

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları Komissiyası 2020-ci il sentyabrın 27-dən sonrakı dövrdə Ermənistanın raket və artilleriya hücumları nəticəsində Azərbaycan sakinlərinin hüquqlarını pozması faktları ilə bağlı istintaq başladıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə komissiya rəhbəri Hakan Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə Parlamentində Ermənistanın hüquq pozuntusu ilə bağlı xüsusi Alt Komitə yaradılıb.

“Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması zamanı qadağan olunmuş döyüş sursatlarından da istifadə edilib. Gəncə, Bərdə və Tərtərdə mülki şəxslər öldürülüb. Ermənistan 1899 və 1907-ci il Haaqa Konvensiyaları tələblərini, 12 avqust 1949-cu il Cenevrə Konvensiya normalarını kobud şəkildə pozub”, – deyə Çavuşoğlu bildirib.

“Məqsədimiz insan hüquqlarının kobud şəkildə pozulması, hərbi cinayət faktlarını qeyd etmək və bir sıra beynəlxalq strukturlardan fərqli olaraq qanunsuzluğa biganə qalmadığımızı nümayiş etdirməkdir. Bu, gələcəkdə bu cür faciəli hadisələrin qarşısını almağa kömək edəcək”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir