AKTUAL

Küveytdə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib – FOTO

Azərbaycanın Küveytdəki “Vətənsevər” diaspor təşkilatının sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikletlər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil edilən avtoyürüş Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında başa çatıb.

Bu möhtəşəm yürüşə şahidlik edən yerli jurnalistlər Azərbaycan diasporunun qələbə sevincinə qoşularaq hadisəni işıqlandırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir