AKTUAL

Gürcüstanda müxalifət seçkilərin rəsmi nəticələrinə etiraz edir

Sharing is caring!

Gürcüstanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyası səhər saat 5-ə qədər olan rəqəmləri açıqlayıb.

Xəbəral.az xəbər verir ki, MSK seçki məntəqələrinin 39.98% -nin məlumatları əsasında bəyan edib ki, hakim “Gürcü Arzusu” 50.93%, Birləşmiş Milli Hərəkatın “Güc Birlikdədir” bloku -24, 68% qazanıb. İlkin məlumatlara görə, daha altı müxalifət partiyası 1-4 faiz intervalında səs qazandıqlarından parlamentə daxil ola biləcək.

İlkin nəticələrlə razılaşmayan müxalifət fəaliyyət planını müzakirə etmək üçün təcili iclas keçirib. İclasda Vətənpərvərlər İttifaqı istisna olmaqla bütün müxalifət partiyalar iştirak edib, onlar hakimiyyəti səsləri saxtalaşdırmaqda günahlandırıb və bu günə, bazar günü, saat 16.00-ya Tbilisidəki Rustaveli prospektinə birləşmiş müxalifətin etiraz aksiyası təyin ediblər.

Exit-poll-un araşdırmalarına görə, “Gürcü Arzusu” 41%-dən 55% -ə qədər və “Güc birlikdədir” birləşmiş müxalifət bloku tərkibində seçkilərdə iştirak edən keçmiş prezident Mixail Saakaşvilinin Birləşmiş Milli Hərəkat partiyası 23%-dən 33%-ə qədər səs qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir