AKTUAL

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir

Sharing is caring!

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterləri ermənilərin təzyiqi ilə sildiyi üçün boykot edən azərbaycanlıları təhqir edib.

 

Xəbəral.az xəbər verir ki, o, bununla bağlı təhqiramiz ifadələri sosial şəbəkə hesabında yazıb.

 

T.Səməd “McDonald’s”ın Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterləri silməsini şirkətin siyasətə qarışmaması kimi əsaslandırıb. Daha sonra “McDonald’s”ı boykot edənləri “tupoy” adlandırıb.

İzləyicilərin haqlı etirazından sonra təhqiramizi paylaşımı silən şirkət təsisçisi bir gün sonra yenidən insanları təhqir edən status yayımlayıb.

 

Qeyd edək ki,  hazırda minlərlə sosial şəbəkə istifadəçisi “McDonald’s”ı boykot edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir