AKTUAL

Amerika Ticarət Palatası Ermənistanın hücumlarını pisləyir

Sharing is caring!

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycana edilən bütün hücumları, xüsusilə də, Ermənistan ərazisindən mülki əhalinin yerləşdiyi böyük yaşayış məntəqələrinə və stratejik infrostruktur obyektlərinə həyata keçirilən hücumları qətiyyətlə pisləyir.

Bu barədə Palatanın bəyanatında bildirilir.

Palata nümayəndələri, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri çərçivəsində həll edilməsinə çağırır, hansı ki, burada işğalçının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Məlumatda bildirilir ki, son bir həftə ərzində bəzi ərazilərin Ermənistan işğalından azad edilməsi 30 il sonra ilk dəfə bir milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmağa, davamlı sülh və stabilliyə ümid verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir