AKTUAL

Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri bölgələrimizi Smerç və Toçka-U kimi raketlərdən atəşə tutub”

Sharing is caring!

Tərtər, Hordiz, Ağdam yaşayış məntəqələrinin şəhərinin sakinləri mərd şəkildə düşmənin hücumlarına sinə gəlirlər. Ermənilərin bütün bu cinayətkar addımları qeydə alınacaq.

XəbərAl.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması da bir daha onların qəsdən mülki əhalini hədəfə aldığını göstərir:

“Ermənistanın siyasi hərbi rəhbərliyinin Azərbaycan Respublikasına qarşı hərbi və müharibə cinayətləri davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Beyləqan, Tərtər ağır artilleriyadan və raketlərdən istifadə etməklə, xüsusilə “Smerç” və “Toçka-U” kimi raketlərdən atəşə tutub. “Smerç” raketlərinin başlığı kasset bombalarla təhciz edilir ki, dağıntılar daha çox olsun. Bu hərbi cinayətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir