AKTUAL

“Çin Karqo” və “ALTİS Group of companies” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 100 min manat vəsait köçürüb

Sharing is caring!

Azərbaycanda fəaliyyət göstərən “Çin Karqo” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.

XəbərAl.Az xəbər verir ki, şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.
Xalqxeber.Az-a şirkətdən daxil olan məlumata görə, “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov və “ALTİS Group of companies” MMC-nin rəhbəri Kamal Heydərov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədi ilə hərəsi 50 min manat olmaqla ümumilikdə 100 min manat ianə köçürüblər.
Hər zaman ölkə rəhbərliyinə və dövlətçiliyimizə sadiqliyi ilə seçilən və öz dəstəyini daim əsirgəməyən iş adamı, cənab İlham Əliyevin ordumuzun şücaəti ilə bağlı çıxışlarından ilhamlanaraq QatıHeydərçi, İlhamsevər vətəndaş kimi ordumuza öz köməkliyini göstərmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hazırda hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə Heydərov da bir sahibkar kimi öz dəstəyini göstərməkdədir. Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə də göstərməlidirlər. Xalqımız üçün belə həssas bir dönəmdə iş adamının, hər zaman olduğu kimi prosesə tez bir zamanda öz töhfəsini verməsi hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Ölkəmiz üçün çətin keçən bu günlərdə iş adamı Azərbaycan Xalqının və əsgərlərinin daima yanındadır. Həmçinin iş adamının rəhbərlik etdiyi şirkətdən 14 nəfər könüllü olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək hərbi xidmətə yollanmışdır. Şirkət tərəfindən həmin 14 nəfərin hər birinin ailəsi ilə əlaqə saxlanılmış, ailələrin çətinlikləri öyrənilmiş və işçilərin əmək haqları da vaxtında ödənilmişdir.
Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Biz sahibkarlar Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, Ordumuzla fəxr edirik.
Qeyd edək ki, “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov, daha əvvəl də ölkədə pandemiya ilə mübarizə üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürmüşdü.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə “Çin Karqo” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. İş adamı Xalqxeber.Az-a bildirib ki, xalqımız üçün belə həssas və qürurverici anların yaşandığı zamanda “Çin Karqo” və “ALTİS Group of companies” MMC-nin rəhbəri Kamal Heydərov Ali Baş Komandanın və Milli Ordumuzun yanındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir