AKTUAL

Fəzail Ağamalı deputat seçildiyi 60 saylı Salyan – Neftçala seçki dairəsindən ali məktəb imtahanlarında 600 dən yuxarı bal toplayan tələbələrlə görüşdü – FOTOLAR

Sentyabr ayının 19 da Millət Vəkili Fəzail Ağamalı deputat seçildiyi 60 saylı Salyan – Neftçala seçki dairəsindən ali məktəb imtahanlarında 600 dən yuxarı bal toplayan Süleymanov Abdulla, Mürsəlova Gülceyran, Məhərrəmova Aytac, Sadıqova Ləmanla görüş keçirmişdir. Səmimi keçən görüşdə tələbələr, tələbələrin təhsil aldıqları məktəb direktorları və valideynlər iştrak etmişlər.

Qəbul imtahanında yüksək nəticə əldə edən tələbələri təbrik edən Fəzail Ağamalı tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləmiş, məsləhət və tövsiyyələrini vermiş, onlara dövlətimizin layiqli vətəndaşları olmağı arzulamışdır.

Görüşdən bəzi fotoları təqdim edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir