“Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb. İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib. Üstəlik, şəhid Xudayar Yusifzadənin “Azərbaycan Bayrağı” […]
“Mançester Siti”nin cinah oyunçusu Riyad Mahrez “Twitter”dəki hesabından mavi təsdiqləyici nişanın müəmmalı şəkildə yoxa çıxmasından sonra şəbəkənin yeni sahibi İlon Maska müraciət edib. O, iş adamını nişanı bərpa etməyə çağırıb. “Qardaş, mənim mavi nişanımı geri qaytar” – futbolçu “Twitter”də yazaraq Maskın səhifəsini işarələyib. Bundan sonra onun hesabındakı təsdiqləyici nişan bərpa olunub. Qeyd edək ki, Mahrezin […]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək. Bu barədə “Report”un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq. Xeberal.az