AKTUAL

Tərtər İcra Hakimiyyətindən açıqlama:Başçı onu qəbul edib

Sharing is caring!

Özünü blogger adlandıran 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə öz namizədliyini irəli sürən, digər namizədlərin təbliğat-təşviqat kampaniyasında təxribat törətməyə cəhd edən, seçkilər zamanı səs toplaya bilməyən Tərtər rayonunun Səhləbad kənd sakini Mahmudov Ziya Mehrac oğlu əvvəlcədən bir qrup sakini öyrədərək təxribat törətmək məqsədilə 17 sentyabr 2020-ci il tarixdə icra hakimiyyətinin inzibati binasının qarşısında canlı yayım açaraq ətrafına topladığı insanların heç bir fakta söykənməyən əsassız iddialarla çıxışlarını öz facebook səhifəsində paylaşaraq rayonda sabitliyi pozmağa, təxribat törətməyə cəhd göstərmişdir. Həmin vətəndaşlar rayonun Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı, Şıxarx qəsəbəsində yeni salınmış şəhərcikdə yaşayan Şahvələdov Qara Barat oğlu və onun qohumu Nəcəfov Vaqif Şəmil oğlu, Hüsənli kənd sakini Qarayeva Cəmalə İbrahim qızı və onun həyat yoldaşı Qarayev Taleh Vidadi oğlu, şəhər sakinləri Əliyeva Şura Məmməd qızı, Ağayev Slavik Allahyar oğlu və Bəyimsarov kənd sakini İsmayılova İlahə İslam qızı dəfələrlə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş, onlara qanunamüvafiq izahat verilmişdir.

Tərtər Rayon İcra Hakimiyyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir