AKTUAL

Ağsu rayonunda geydirmə səhifələri hansı məmurlar maliyyələşdirir?- Gəlişmə

Sharing is caring!

Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanda regionların sosial-iqtisadi inkişafı tədbirləri davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Ağsu rayonunda tikinti-quruculuq işləri aparılır.
Ağsunun yeni təyin olunmuş icra başçısı Vahid Tağıyev rüşvətxorluğun qarşısını almaqdadır. Vahid Tağıyev tərəfindən rayonda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Ancaq Ağsu rayonunda bir qrup şər qüvvələr bu inkişafa kölgə salmağa cəhd edirlər. Həmin qüvvələr Ağsu rayonunun inkişafını istəmirlər.
Bu barədə XəbərAl.Az saytının təsisçisi və baş redaktoru Mirismayıl Xələfli facebook səhifəsində paylaşım edib. Paylaşımı olduğu kimi sizlərə təqdim edirik:
Əziz Ağsulularım sizə bir sual verim?

Balaca bir Ağsu rayonunda nə qədər xəbər səhifləri açıblar?

Ağsudan xəbər, Ağsu reallığı nəbilim nələr,nələr!

Bu qədər xəbər səhifələri kimə lazımdır?

Bu səhifələrə pulu Ağsudan hansı məmurlar ötürür?

Maraq nədir?

İndiyə qədər dinməmişik ki, bəlkə düzələr, bəlkə yaxşı olar, amma görürəm günü-gündən çoxalır!

Ağsu rayonunda heç bir yaxşı işlər görülmür?

Ağsu rayonuna yeni təyin olunmuş icra başçısı Vahid Tağıyev rüşvətə qarşı meydan oxuyur, heç bir kəsdən bir manat pul almır.

Allahınız olsun!
Niyə axı Ağsu rayonunun adın bu qədər pisə çıxardırsınız?

Demirəm yazmayın yazın amma hərdən yaxşılardan da yazın!

Mövzuya qayıdacam…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir