AKTUAL manset

Generalın azadlığa çıxması ilə bağlı hakimdən AÇIQLAMA

Sharing is caring!

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin azadlığa çıxması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Xəbəral.az-a açıqlama verən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, sabiq rəisin azadlığa çıxması xəbəri yalandır.

“Əfqan Nağıyev səhhəti ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərarı əsasında ev dustaqlığına məhkum edilib”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Ə.Nağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir