AKTUAL manset

Tahir Kərimli: Karantin rejimi davam etdiyi müddətdə xalqın maddi durumunu təmin etmək lazımdır

Sharing is caring!

Milli Məclisin deputatı Tahir Kərimli: Karantin rejimi davam etdiyi müddətdə xalqın maddi durumunu təmin etmək lazımdır.
“Müvafiq qərar verilib ki, sərt karantin rejimi davam edən şəhər və rayonlarda işsiz kimi qeydiyyata düşənlərə 190 manat yardım verilsin. Hesab edirəm ki, hökümətimiz buna yenidən baxmalıdır. Hökümətdən xahiş edirəm, camaatın vəziyyətini nəzərə alsın. Məsələn, mənim imkanım var ki, əmək haqqımla dolanım, amma başqalarının buna imkanı yoxdur. İstəyirəm hökümət bu məsələyə ciddi yanaşsın. Ehtiyyatımız da var. Rəsmi şəkildə bəyan edilib ki, valyuta ehtiyyatlarımız azalmayıb. Doğrudur, neft qiymətlərinin ucuzlaşması səbəbindən 5 milyard dollar ziyana düşmüşük. Amma valyuta ehtiyatlarından istifadə etməklə xalqın güzaranına tətbiq eləmək olar”.
“Bakıda yaşayan, amma rayon qeydiyyatında olan vətəndaşların rayona getməsinə şərait yaradılmalıdır”.
“Bundan başqa, maska taxmayan vətəndaşlara cərimə tətbiq edilir. Hesab edirəm ki, bu böyük narahatlıq yaradır. Belə dövrdə insanlarla həssas davranılmalıdır. Polislərin işini yüksək qiymətləndirirəm, amma sərtlik müəyyən qədər azaldılmalıdır. Hesab edirəm bir qədər də maarifləndirmə işləri aparılsın, cərimədən öncə vətəndaşlara xəbardarlıq olunsun. Hava istidir, insanlar nəfəs ala bilmir. Onları dərhal cərimələmək olmaz”.
(Mənbə: qaynarinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir